Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Muxtar respublikanın su ehtiyatları qiymətləndirilir

Milli Hidrometeorologiya Xidməti və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri muxtar respublikanın gursululuq proqnozunu dəqiqləşdirirlər. Bu məqsədlə Batabat yaylasında və digər ərazilərdə proqnozlaşdırma işləri aparılır, muxtar respublikanın su ehtiyatları qiymətləndirilir.

Bu il yağıntıların miqdarının illik normadan az olması Naxçıvan ərazisindəki çaylarda və digər sututarlarda doluluğun aşağı düşməsinə səbəb olub. Yarımquraqlıq zonalarda isə problem özünü daha qabarıq şəkildə göstərir.

Milli Hidrometeorologiya Xidməti Batabat yaylasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə qarölçmə işlərini həyata keçirib. Həmçinin mütəxəssislər müasir cihaz vasitəsilə Naxçıvançayın su sərfini ölçüblər.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün təlim də təşkil ediblər. Təlimdə protativ üsulla su sərfini ölçən müasir “Sommer” cihazından istifadə qaydaları izah olunub. Həmçinin ekoloji ekspertiza ilə də bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları və Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsissləri tərəfindən muxtar respublika ərazisindəki digər çay və sututarlarda yoxlamaların aparılması işi davam etdirilir.