Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Növbəti  monitorinq 15 noyabr  2022-ci il tarixdə Culfa rayonunun Xanəgah, Göydərə, Xoşkeşin və Əlincə kəndləri ərazisində keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq monitorinqlər davam etdirilir.
Növbəti  monitorinq 15 noyabr  2022-ci il tarixdə Culfa rayonunun Xanəgah, Göydərə, Xoşkeşin və Əlincə kəndləri ərazisində keçirilmişdir. Monitorinq zamanı adları çəkilən ərazilərdə ətraf mühitin mövcud vəziyyəti, antropogen təsir imkanları öyrənilmiş, yaşıllıq sahələrində aqrotexniki qulluq işlərinin aparılması vəziyyəti qiymətləndirilmişdir. Mövcud sututarlarda, içməli və çay sularında ilkin analizlər aparılmış və su nümunələri götürülmüşdür. Keçirilən monitorinqlər zamanı bəzi çatışmazlıqlar aşkar edilmişdir ki, bu çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Muxtar respublika ərazisində monitorinqlər bundan sonra da davam etdiriləcəkdir.