Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Ordubad Dövlət Təbiət Yasaqlığının Darıdağ ərazisində də biotexniki tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Universitetinin birgə təşkilatçılığı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Batabat ərazisindəki informasiya mərkəzində Universitetin 35 tələbəsinin iştirakı ilə treninq keçirilmişdir. Treninq zamanı tələbələrə xüsusi mühafizə olunan təbiət əraziləri, onların əhəmiyyəti, mühafizə olunan flora və fauna ehtiyatları haqqında ətraflı məlumat verilmiş, onlara milli parkın turizm potensialını, flora və fauna ehtiyatlarını əks etdirən videoçarx nümayiş etdirilmişdir. Daha sonra tələbələr informasiya mərkəzindəki muzey fondu ilə tanış olublar.

Tədbirin davamında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonunun “Zərnətün dərəsi” adlanan ərazisində Nazirliyin, Milli Park əməkdaşlarının, həmçinin tələblərin iştirakı ilə heyvanat aləminin qidaya olan tələbatının yaxşılaşdırılması məqsədilə biotexniki tədbir keçirilib. Heyvanların yemlənməsi üçün əraziyə 30 kip qaba yem və 500 kiloqram daşduz dağıdılmışdır.

Qeyd edək ki, həmin gün Ordubad Dövlət Təbiət Yasaqlığının Darıdağ ərazisində də biotexniki tədbir keçirilmiş, əraziyə 30 kip qaba yem və 500 kiloqrama yaxın daşduz dağıdılmışdır.

Naxçıvan Muxtar Respublikası ərazisinin təbii şəraiti müxtəlif olduğundan, onun heyvanlar aləmi də rəngarəngdir. Fauna biomüxtəlifliyinə sahib diyarımızda heyvanların qorunması, onların normal yaşayışı üçün lazımi tədbirlər həyata keçirilir. Xüsusilə qış fəslində bir çox çöl heyvanlarının yem əldə etməsində çətinliklər yarana bilir. Heyvanat aləminin qidaya olan tələbatının yaxşılaşdırılması məqsədilə onların kompleks yaşadığı ərazilərdə və xüsusi mühafizə olunan təbiət ərazilərində biotexniki tədbirlər icra olunur. Bu isə heyvanların alternativ qida mənbələri axtarışının, başqa ərazilərə miqrasiyasının və nəsil artımının azalmasının qarşısının alınmasında vacib rol oynayır. Biotexniki tədbirləri digər ərazilərdə də davam etdiriləcəkdir.