Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Ordubad rayonunun Kotam kəndi istiqamətindəki “Əlikar dağı” və “Xorxat” adlanan ərazilərində biotexniki tədbir keçirilmişdir.

Heyvanat aləminin qidaya olan tələbatının yaxşılaşdırılması məqsədilə onların kompleks məskunlaşdığı ərazilərdə və xüsusi mühafizə olunan təbiət ərazilərində biotexniki tədbirlər icra olunur. Bu isə heyvanların alternativ qida mənbələri axtarışının, başqa ərazilərə miqrasiyasının və nəsil artımının azalmasının qarşısının alınmasında vacib rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Milli Parkın Ordubad rayonunun Kotam kəndi istiqamətindəki “Əlikar dağı” və “Xorxat” adlanan ərazilərində biotexniki tədbir keçirilmişdir. Çöl heyvanlarının daha çox məskunlaşdığı ərazilərə 55 kip qaba yem və 1000 kq daşduz dağıdılmışdır.
Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsi daim diqqət mərkəzində saxlanılır. Biotexniki tədbirləri digər ərazilərdə də davam etdiriləcəkdir.