Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Təbiət abidələri

Naxçıvan ərazisinin “Canlı təbiət muzeyi” adlandırılması bu qədim yurdun nə qədər mühüm coğrafi mövqeyə, zəngin təbiətə, tarixi məkana malik olduğunu ifadə edir. Coğrafi ərazisinin kiçik olması bu regionun planetdəki tarixi və bəşəri əhəmiyyətinə təsir göstərməmişdir. Dünyanın ikinci başlanğıc yeri, Nuh yurdu kimi tanımlanması, planetdə mövcud olan 11 iqlim tipindən 5-nin burada formalaşması yurdumuzu əsrarəngiz təbiət gözəlliklərinin vətəninə çevirmişdir. Təbiət abidələri də tarixi, elmi və estetik əhəmiyyətləri ilə bu təbii zənginliklərə aiddir. Təbiət abidələrimiz geoloji, geoloji-geomorfoloji, hidroloji, hidrogeoloji, flora, fauna, landşaft kimi növlərdən ibarətdir. Naxçıvan Muxtar Respublikası ərazisindəki relyef dəyişkənlikləri, geoloji tarixi, mineral bulaq ehtiyyatları, relikt bitki, heyvan növləri və onların kompleks məskunlaşdığı ərazilərin zənginliyi təbiət abidələrinin sayının çox olmasına səbəb olur. Ümumilikdə isə məlumatımızda xüsusi qeydə alınmış, pasportlaşdırılmış təbiət abidələrinin xranologiyasını ifadə edirik.

Muxtar respublika ərazisində yaşı 250- 800 il arasında olan qədim ağaclar; (flora təbiət abidələri)

Nalbənd ağacı – Kəngərli rayonu Xok kəndi, yaşı 250 ildən çox

Nalbənd ağacı – Şərur rayonu Mahmudkənd kəndi, yaşı 250 ildən çox

Tut ağacı – Şərur rayonu Cəlilkənd kəndi, yaşı 300 ildən çox

Şərq çinarı – Ordubad rayonunun Ordubad şəhəri, sayı 4 ədəd, yaşı 450-800 il arasında dəyişir

Şərq çinarı – Ordubad rayonu Əylis kəndi, yaşı 400 ildən çox

Geoloji (paleontoloji) təbiət abidələri;

“İlanlıdağ” dağı – Culfa rayonu Xanəgah kəndində yerləşir

“Kilit” mağarası – Ordubad rayonu Kilit kəndində yerləşir

Naxçıvan duz mədəninin qədim qazmaları – Kəngərli rayonu ərazisi

Nehrəm dərəsi – Culfa rayonu ərazisində yerləşir

Flora təbiət abidələri;

Biçənək meşələri – meşə ərazisində relikt, nadir ağac və kollar vardır.

Muxtar respublika ərazisində “Üzən ada”, Pəzməri şəlaləsi, Fərhad evi, Gəlin qalası, mineral bulaqlar və hidroloji təbiət abidələri vardır.