Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Toxumla əkin aparılmışdır

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  əməkdaşları tərəfindən 15 noyabr 2022-ci il tarixdə Şahbuz rayonu Ağbulaq Kənd Turizm İstirahət bölgəsinin ətrafında 10 hektarda əvvəlcədən şırım açılmış sahədə toxumla əkin aparılmışdır. Əkin  zamanı əsasən ərazinin iqlim şəraitinə uyğun olan ağac və kol bitkilərinin toxumlarına üstünlük verilmişdir.
Yemişan, həmərsin, alça, badamça, akasiya və sumaq toxumları əkilmişdir. Bu kimi tədbirlər yaşıllıq sahələrin genişləndirilməsi ilə yanaşı torpağın münbitliyinin qorunması, külək və yağış eroziyasının qarşısının alınmasında mühüm rol oynayır. Toxum əkini tədbirlər digər ərazilərdə də davam etdiriləcəkdir.