Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Uzunoba gölünün ətrafında təmizlik aksiyası keçirilib

14 may 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Uzunoba gölünün ətrafında  30-a yaxın ekologiya könüllüsünün və  aksiyaya könüllü olaraq qoşulan göl ətrafındakı balıqçıların iştirakı ilə təmizlik aksiyası keçirilib.
Aksiya tədbirində çıxış edənlər qeyd ediblər ki, 
mütəmadi olaraq təşkil olunan bu cür aksiyalar
insanların ətraf mühitlə qarşılıqlı əlaqəsində düşünülmüş və məqsədyönlü fəaliyyətin təsdiqi, onların bu sahədə bilik və təcrübələrinin artırılmasına xidmət edir.
Burada həvəskar balıq ovu ilə məşğul olan balıqçılarla söhbətdə vurğulanıb ki, ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur.
Zəruri sanitar ləvazimatlarla təmin olunan gənclər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.
Təmizlik aksiyasında balıqçılar da yaxından iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd, su hövzələrinin  çirklənməsinin qarşısının alınması, gənclərdə təbiətə məhəbbət hissini aşılamaq, həmçinin ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək və ətraf mühitin mühafizəsinin önəmini diqqətə çatdırmaqdan ibarətdir.
Aksiyada iştirak edənlərə təşəkkür edir, hər kəsi planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırırıq.