Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Xüsusi əhəmiyyət daşıyan ərazilərdə monitorinq keçirilmiş

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və  Baytarlıq Xidmətinin birgə tədbirlər planına əsasən  Arazboyu Dövlət Təbiət Yasaqlığının Araz Su Anbarı ərazisində daimi məskunlaşmış və köçəri quşların miqrasiya dəhlizi kimi xüsusi əhəmiyyət daşıyan ərazilərdə monitorinq keçirilmiş, ərazidə mövcud vəziyyət öyrənilməklə yanaşı dezinfeksiya tədbirləri həyata keçirilmişdir.  Aparılan monitorinq zamanı ərazidə müxtəlif növ quşlar müşahidə edilmiş, hər hansı bir çirklənmə və quşların ölüm halları qeydə alınmamışdır. Bu kimi tədbirlər bundan sonra da tədbirlər planına uyğun olaraq davam etdiriəcəkdir.