Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Yaylaqlardan səmərəli istifadə və baytarlıq xidmətinin təşkilinə dair ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilmişdir

Bu gün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Baytarlıq Xidməti və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunun Batabat ərazisində məskunlaşmış fermer, sahibkar və ailə təsərrüfatçılarının iştirakı ilə yaylaqlardan səmərəli istifadə və baytarlıq xidmətinin təşkilinə dair ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir zamanı iştirakçılara ətraflı məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin sonunda iştirakçılara maarifləndirici broşürlər paylanmışdır. Bundan sonra digər yaylaqlarda da bu kimi tədbirlər davam etdiriləcəkdir.