Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Nazirliyin əməkdaşının YAP-ın VIII Qurultayında iştirakı ilə bağlı məqaləsi dərc olunub

15.10.2026, 07:10
Nazirliyin əməkdaşının YAP-ın VIII Qurultayında iştirakı ilə bağlı məqaləsi dərc olunub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirak edən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri İradə İbrahimovanın “Zəfər yolundan suverenliyə, suverenlikdən yeni uğurlara” başlıqlı məqaləsi “Yeni Azərbaycan” və “Səs” qəzetlərində dərc olunub.

İradə İbrahimova məqaləsində qurultayla bağlı təəssüratlarını bölüşərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirak etməyin onun üçün böyük qürur, şərəf və eyni zamanda mühüm məsuliyyət hissi doğuran unudulmaz hadisə olduğunu qeyd edib.

Ətraflı: ⤵️https://www.yeniazerbaycan.com/YAPxeber_e152717_az.html
https://sesqazeti.az/news/politics/1364468.html