Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Şərur rayonunda vətəndaşları qəbul edib

15.10.2026, 07:14
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Şərur rayonunda vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev oktyabrın 8-də Şərur rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Xanlar Mustafayev və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.
Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.

Qəbul zamanı vətəndaşların işlə təminolunma, yaşıllıqların götürülməsi, yer təkindən istifadə və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Müraciətlərin bir qismi yerindəcə həll olunub, digərlərinin isə qanunvericiliyə uyğun baxılması və üçün aidiyyəti üzrə tapşırıqlar verilib.