Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb

15.10.2026, 16:05
İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb 1
İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb 2
İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb 3
İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb 4
İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb 5
İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb 6
İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb 7
İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb 8
İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb 9
1 / 9

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirinə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirakına görə minnətdarlığını ifadə edərək, bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.

Qəbula görə dövlətimizin başçısına təşəkkür edən Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani AQEM-in Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və ölkəmizin beynəlxalq tədbirləri uğurla keçirməklə bağlı zəngin təcrübəsinin olduğunu dedi.

Qətər Əmiri Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğuladı.

Azərbaycan Prezidenti və Qətərin Əmiri ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirdilər, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar, hökumətlərarası komissiyanın fəaliyyətinə toxundular.