Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

16.10.2026, 12:30
İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib 1
İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib 2
İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib 3
İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib 4
İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib 5
İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib 6
1 / 6

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlətimizin başçısı ilə Hindistanın Baş naziri Narendra Modinin təmasları xatırlandı.

Görüşdə Azərbaycan və hind xalqları arasında minilliklər boyu tarixi-mədəni əlaqələrin olduğu qeyd edildi, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.