Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Arpaçay su anbarının və Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin ətrafında dərmanlama, dezinfeksiya işləri aparılmış və analizlər aparılaraq içməli suların keyfiyyəti öyrənilmişdir
28.06.2022, 15:48
Tədbirlər planına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Şərur rayon Gigiyena və Epidemiologiya şöbəsinin iştirakı ilə birgə Arpaçay su anbarının və Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin ətrafında dərmanlama, dezinfeksiya işləri aparılmışdır.
İçməli suların keyfiyyətinin öyrənilməsi məqsədilə Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin içməli su anbarının çıxış hissəsindən su nümunələri götürülərək "Photoflex" cihazı vasitəsilə analizləri aparılmışdır. Aparılan analizlərdə suların tərkibində pH-ı , temperaturu, bulanıqlığı , anion və kationların və digər elementlərin miqdarı təyin edilmişdir.
Həmçinin Arpaçayının muxtar respublika ərazisinə daxil olan hissəsindən götürülmüş su nümunəsində ilkin analizlər aparılmış, ağır metalların miqdarı və eyni zamanda radioaktivliyi təyin etmək məqsədilə Sədərək rayon Su Monitorinq Laboratoriyasında aparılmışdır.
Aparılmış analizlərdə sularda çirklənmə hallarının yol verilən qatılıq həddini keçmədiyini və ekoloji tələblərə uyğun olduğu müəyyən edilmişdir.
Bundan sonra da təlimata uyğun olaraq bu kimi tədbirlər həyata keçiriləcəkdir.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️