Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Baytarlıq Xidməti və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonu Küküdağ istiqamətindəki "Qanlıgöl" yaylağında məskunlaşmış fermer, sahibkar və ailə təsərrüfatçılarının iştirakı ilə yaylaqlardan səmərəli istifadə, baytarlıq xidmətinin təşkili və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə dair ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir zamanı iştirakçılara ətraflı məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Bundan sonra digər yaylaqlarda da bu kimi tədbirlər davam etdiriləcəkdir.