Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ordubad rayonunda hüquqi və ekoloji maarifləndirmə tədbiri keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin və Ordubad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad  rayonunun Vənənd, Vələver, Başkənd, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus və Pəzməri kənd ictimaiyyət nümayəndələrinin iştirakı ilə  hüquqi və ekoloji maarifləndirilmə tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd insanların ekoloji təhsilini artırmaq və qəbul edilmiş hüquqi aktlar barədə maarifləndirməklə ətraf mühitin biomüxtəlifliyinin qorunmasında vətəndaş fəallığının təmin edilməsidir.
Təbiəti qorumaq hər kəsin vətəndaşlıq borcudur və hər kəs əsl vətəndaş mövqeyi nümayiş etdirməli, vətənini, onun təbiətini sevməli və qorumalıdır.
Bu istiqamətdə tədbirlər digər yaşayış məntəqələrində də davam etdiriləcəkdir.