Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Növbəti monitorinq 24 fevral 2023-cü il tarixdə Sədərək rayonunun Heydərabad qəsəbəsi, Dəmirçi, Sədərək və Qarağac kəndləri ərazisində keçirilmişdir. Monitorinq zamanı adları çəkilən ərazilərdə ətraf mühitin mövcud vəziyyəti, antropogen təsir imkanları öyrənilmiş, yaşıllıq sahələrində aqrotexniki qulluq işlərinin aparılması vəziyyəti qiymətləndirilmişdir. Mövcud sututarlarda, içməli və çay sularında ilkin analizlər aparılmış və su nümunələri götürülmüşdür. Keçirilən monitorinqlər zamanı bəzi çatışmazlıqlar aşkar edilmişdir ki, bu çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Muxtar respublika ərazisində monitorinqlər bundan sonra da davam etdiriləcəkdir.