Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Hidrometeorologiya idarəsinin rayonlar üzrə suölçmə müşahidə məntəqələrinin və meteoroloji stansiyalarının əməkdaşları ilə birgə tədbir keçirilmişdir.

27 fevral 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən iclasda Nazirliyin, Hidrometeorologiya idarəsinin rayonlar üzrə suölçmə müşahidə məntəqələrinin və meteoroloji stansiyalarının əməkdaşları iştirak etmişdir.

Hidrometeorologiya idarəsi üzrə 9 meteoroloji stansiya və 14 suölçmə müşahidə məntəqələri fəaliyyət göstərir.

Meteoroloji stansiyalarda fasiləsiz olaraq bulud, yağıntı, atmosfer təzyiqi, rütubətlik, temperatur, külək, görünüş məsafəsi, şimşək və.s kimi müşahidələrin aparıldığını, eyni zamanda suölçmə məntəqələrində suyun sərfi, səviyyəsi və temperaturunun ölçmə işlərinin aparıldığı qeyd edildi.

Məntəqələrdə və stansiyalarda mövcud vəziyyətin, çatışmazlıqların aradan qaldırılması, məlumatların vaxtında düzgün çatdırılması, yeni üsullarla təkliflərin hazırlanması istiqamətində müzakirələr aparılaraq əməkdaşlara göstərişlər verilmişdir.

Əməkdaşların və stansiya rəislərinin işlərində buraxdığı nöqsanların, onların aradan qaldırılması yolları müzakirə edilmiş və mövzular ətrafında diskusiyalar keçirilmiş, nöqsanların aradan qaldırılması və bir daha təkrar olunmaması istiqamətində tapşırıqlar verilmişdir.

Meteoroloqlarla söhbət zamanı müşahidələrin xüsusi meteoroloji MK1, MK3, MK5 kitabçalara yazıldığını, gündəlik meteoroloji məlumatların sutkada 3 saatdan bir 8 dəfə olmaqla götürülüb kodlaşdırıldığı və məlumatların vaxtlı- vaxtında düzgün çatdırılması üçün çalışdıqlarını bildirdilər.

İclasın keçirilməsi hər bir əməkdaşın təcrübi və praktiki biliklərinin yüksəlməsində öz peşələri üzrə daha da təkmilləşməsində, yeni təlimatların və istiqamətlərin verilməsində böyük əhəmiyyəti olmuşdur.

Bundan sonra da bu kimi tədbirlərin, diskusiyaların digər sahələr üzrə keçirilməsi işləri davam etdiriləcəkdir.