Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvanda könüllü ağacəkmə aksiyası keçiriləcək

Martın 11-də Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçiriləcək.

Könüllü aksiya zamanı ümumilikdə 40 min ting əkilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumlar, muxtar respublikanın dövlət orqanları, eləcə də digər təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri aksiyaya qoşulacaqlar.

Əkiləcək müxtəlif növ tinglərin 22 mini Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik təsərrüfatları, 18 min ədədi isə “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsi tərəfindən yetişdirilib.
 
Qeyd edək ki, bu aksiyaya könüllü qoşulmaq istəyənlər Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahəsindən təmənnasız ting götürə bilərlər.