Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Arpaçay su anbarının və Sutəmizləyici Qurğular Kompleksinin ətrafında dərmanlama, dezinfeksiya işləri aparılmışdır
17.03.2023, 07:16
Tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Şərur rayon Gigiyena və Epidemiologiya şöbəsinin iştirakı ilə birgə Arpaçay su anbarının və Sutəmizləyici Qurğular Kompleksinin ətrafında dərmanlama, dezinfeksiya işləri aparılmışdır.
İçməli suların keyfiyyətinin öyrənilməsi məqsədilə Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin çıxış hissəsindən ayda iki dəfə olmaqla su nümunələri götürülmüş pH-ı, temperaturu, bulanıqlığı, anion və kationların və digər elementlərin miqdarı öyrənilmişdir.
Həmçinin Sədərək rayon Su Monitorinq Laboratoriyasında, Araz və Arpaçayın muxtar respublika ərazisinə daxil olan hissəsindən və “Şir arxı” dan götürülmüş su nümunələrində suların ilkin analizi, ağır metalların miqdarı və eyni zamanda radioaktivliyi təyin etmək məqsədilə analizlər aparılmışdır.
Aparılmış analizlərdə sularda çirklənmə hallarının yol verilən qatılıq həddini keçmədiyi və ekoloji tələblərə uyğun olduğu müəyyən edilmişdir.
Təlimata uyğun olaraq bu kimi tədbirlər bundan sonra da keçiriləcəkdir.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️