Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Biçənəkkəndi yaxınlığındakı "Zərnətün" adlanan ərazidə 5 hektar əvvəlcədən şırım açılmış sahədə toxumla əkin aparılmışdır.
30.03.2023, 05:48
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonu Biçənəkkəndi yaxınlığındakı "Zərnətün" adlanan ərazidə 5 hektar əvvəlcədən şırım açılmış sahədə toxumla əkin aparılmışdır. Əkin zamanı ərazinin iqlim şəraitinə uyğun olan ağac və kol bitkilərinin toxumlarına üstünlük verilmişdir.
Yemişan, həmərsin, alça, badamça, o cümlədən sınaq məqsədilə sumaq toxumları əkilmişdir. Bu kimi tədbirlər yaşıllıq sahələrinin genişləndirilməsi ilə yanaşı torpağın münbitliyinin qorunması, külək və yağış eroziyasının qarşısının alınmasında mühüm rol oynayır. Toxum əkini tədbirləri digər ərazilərdə də davam etdirilir.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️