Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Davamlı inkişafa nail olmaqda ekoloji təhsilin mühüm rolunu vurğulamaq, təbiətə qarşı məsuliyyətli yanaşmanı təşviq etmək, mövcud ekoloji problemlər, ətraf mühitin vəziyyəti haqqında əhalini məlumatlandırmaq məqsədilə hər il 15 aprel tarixi Ekoloji Bilik Günü kimi qeyd olunur.
1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransı (Rio Sammiti) dünyanın ekoloji problemlərinə qlobal diqqətin yönəldilməsində dönüş nöqtəsi olmuşdur. Məhz bu konfransdan sonra bir çox ölkələrdə davamlı inkişaf və ekoloji maarifləndirmə istiqamətində mühüm addımlar atılmışdır.
Bu əlamətdar gün ekoloji savadlılığın artırılması, ətraf mühitə qarşı məsuliyyətli münasibətin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
🍃Təbiət bizə əmanətdir!
Davamlı inkişaf, sağlam həyat və yaşıl gələcək üçün ekoloji maarifləndirməyə önəm verək.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️