Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti təlim Culfa rayonunda təşkil olunub
12.11.2025, 06:57
“Ekoloji təhsil” layihəsi çərçivəsində Culfa rayonunun Teyvaz, Ərəfsə və Milax kənd məktəblərinin şagirdləri Milax kənd tam orta məktəbində bir araya gəliblər. Təlim zamanı məktəblilərə tullantıların düzgün idarə olunması barədə ətraflı məlumat verilib.
Nazirliyin əməkdaşı Elsanə Qurbanlı və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı Azər Vəliyev şagirdlərlə söhbətlər apararaq tullantıların düzgün idarə olunması və təbii ehtiyatların qənaətlə istifadə edilməsinin vacibliyindən danışıblar.
Qeyd olunub ki, məişət tullantılarının çeşidlənməsi, təkrar emal vərdişlərinin formalaşdırılması və plastik tullantıların azaldılması ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.
Şagirdlərə tullantıların təbiətə atılmasının torpağı, suyu və havanı çirkləndirdiyi, bunun isə ekoloji tarazlığa mənfi təsir göstərdiyi izah olunub.
Bildirilib ki, tullantıların düzgün idarə olunması təkcə ətraf mühitin deyil, həm də insan sağlamlığının qorunması baxımından vacibdir.
Təlimin sonunda şagirdlərin mövzu ətrafındakı fikirləri dinlənilib və sualları cavablandırılıb.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️