Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər ƏliyevNaxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumu olan Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi PHŞ aşağıdakı vəzifələr üzrə vakansiya elan edir:
✅ Vəzifə: Şöbə müdiri – Baş Geoloq
İş yeri: Naxçıvan MR Culfa şəhəri İş rejimi: Tam ştat
✅ Vəzifə öhdəlikləri:
* Geoloji tədqiqatların planlaşdırılması, əlaqələndirilməsi və nəzarəti
* Mineral xammal ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi ilə bağlı təhlillərin aparılması
* Sahə üzrə texniki hesabatların hazırlanması və təqdim edilməsi
* Komandada çalışan mütəxəssislərin fəaliyyətinə rəhbərlik və metodik dəstək göstərilməsi
🔎 Tələblər:
* Geologiya və ya əlaqədar sahə üzrə ali təhsil
* Minimum 8 il peşəkar iş təcrübəsi, o cümlədən idarəetmə sahəsində təcrübə
* Coğrafi informasiya sistemləri ilə işləmə bacarığı
* Yerli və beynəlxalq geoloji standartlar üzrə biliklər
* Analitik düşüncə və yüksək təşkilatçılıq bacarığı
* Layihə-smeta sənədlərinin tərtibi, çöl işlərinin təşkili
* Sınaqlaşdırma işləri, faydalı qazıntı yataqlarında ehtiyatların hesablanması
* Komandada işləmə və liderlik qabiliyyəti
✅ Vəzifə: Baş Mühasib
İş yeri: Naxçıvan MR Culfa şəhəri
İş rejimi: Tam ştat
✅ Vəzifə öhdəlikləri:
* Mühasibat uçotunun təşkili və qanunvericiliyə uyğun aparılması
* Maliyyə hesabatlarının hazırlanması və təqdim olunması
* Vergi və digər hesabatların vaxtında hazırlanması və təqdim edilməsi
* Audit proseslərində iştirak və dəstək
* Maliyyə əməliyyatlarına nəzarət və maliyyə intizamının təmin olunması
🔎 Tələblər:
* Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
* Minimum 5 il mühasibatlıq sahəsində təcrübə
* Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyini mükəmməl bilmə
* Peşəkar Mühasib Sertifikatı
* Elektron hökumət portalları ilə işləmə bacarığı
* Dəqiqlik, məsuliyyət və konfidensiallıq prinsiplərinə sadiqlik
CV-lərinizi [naxgeoax@gmail.com] ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərməyiniz xahiş olunur.
📞 Əlaqə nömrələri: +994 60 201 55 01
036 556 09 71