Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Naxçıvanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair komissiyanın iclası keçirilib
22.12.2025, 11:16
Komissiyanın sədri, Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin Naxçıvanın inkişafına xüsusi diqqət göstərdiyini vurğulayaraq qeyd edib ki, muxtar respublikaya böyük investisiyalar yönəldilir, o cümlədən su təchizatı sahəsində məqsədyönlü tədbirlər görülür. Ölkə başçısının tapşırığına uyğun olaraq muxtar respublika əhalisinin su təminatının yaxşılaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri sırasında əhalinin içməli və suvarma suyu ilə təminatının təkmilləşdirilməsi tədbirlərinin də öz əksini tapdığını vurğulayıb. Qeyd edib ki, komissiya üzvlərinin iştirakı ilə aparılacaq müzakirələr bu istiqamətdə problemlərin daha əhatəli həllini tapmasına şərait yaradacaq.
Görüşdə muxtar respublikada su təminatı və suvarma sistemlərinin fəaliyyəti qiymətləndirilib, su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin olunması ilə bağlı aktual məsələlər müzakirə edilib.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️