Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Könüllülərin Ümumdünya Qoruqlar və Milli Parklar Günü münasibətilə Zəngəzur Milli Parkına ekskursiyası təşkil olunub
26.01.2026, 08:14
11 yanvar-Ümumdünya Qoruqlar və Milli Parklar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfindən ekokönüllülərin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiya təşkil olunub.
Ekskursiya çərçivəsində könüllülər əvvəlcə Milli Parkın İnformasiya Mərkəzinə baş çəkiblər. Burada onlara Milli Parkın yaradılmasının məqsədi, eyni zamanda Zəngəzur Milli Parkının zəngin flora və faunası barədə ətraflı məlumat verilib. İştirakçılar park ərazisində mühafizə olunan nadir bitki və heyvan növləri ilə də tanış olublar.
Ekskursiyanın davamında könüllülər qış mövsümünə xas hava şəraitinə baxmayaraq park ərazisində yerləşən istirahət sahələrində asudə vaxtlarını səmərəli keçiriblər. Qarlı təbiət mənzərəsi fonunda gəzinti edilib, təbiətin qış gözəllikləri müşahidə olunub.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️