Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Ekoloji təhsil layihəsi çərçivəsində növbəti görüş Kəngərli rayonunun Xok kənd tam orta məktəbinin şagirdləri ilə keçirilib
16.03.2026, 04:56
Görüş “Atmosfer hadisələrinin kənd təsərrüfatına təsiri" və "İqlim dəyişiklikləri” mövzusuna həsr olunub.
Ekologiya və Təbii Sərvərlər Nazirliyinin əməkdaşları şagirdlərə atmosfer hadisələrinin ətraf mühitə və kənd təsərrüfatına təsiri sadə və anlaşıqlı şəkildə izah ediblər. Bildirilib ki, iqlim dəyişiklikləri yağıntıların azalması və ya artması, quraqlıq, güclü küləklər kimi hadisələr vasitəsilə torpağın məhsuldarlığına və kənd təsərrüfatı fəaliyyətinə təsir göstərə bilər.
Şagirdlərə iqlim dəyişikliklərinin səbəbləri və onların təbiətə təsiri barədə məlumat verilib, təbii ehtiyatlardan səmərəli istifadə olunmasının və ətraf mühitin qorunmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərinə erkən yaşlardan yiyələnmək böyük əhəmiyyət daşıyır. Hər bir insanın təbiəti, yaşıllıqları və canlı aləmi qoruması gələcək nəsillər üçün sağlam və təhlükəsiz mühitin formalaşmasına xidmət edir.
Daha sonra şagirdlərin sualları cavablandırılıb və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️