Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Suların İstifadə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti “SEDAM” MMC 14 saylı Regional Sahənin mütəxəssisləri tərəfindən Şahbuz rayonunda Biçənək kəndi-Biçənək aşırımı istiqamətində qarölçmə işləri aparılıb, qarın hündürlüyü, kütləsi ölçülərək sululuğu və sıxlığı təyin edilib.
Qarölçmə işlərinin aparılmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin ekologiya mühəndisliyi və coğrafiya ixtisasları üzrə təhsil alan tələbələri də iştirak ediblər.
🏔️Naxçıvançay hövzəsində, Biçənək kəndi-Biçənək aşırımı istiqamətində 1900–2450 m yüksəkliklərdə aparılan ölçmələrə əsasən qar örtüyünün orta hündürlüyü 65 sm olub.
Əldə olunan məlumatlar su ehtiyatlarının hesablanması, çayların sululuğunun proqnozlaşdırılması və sel, daşqın, qar uçqunu risklərinin qiymətləndirilməsi üçün istifadə olunacaq.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️