Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Babək rayonunda ekoloji maarifləndirmə tədbiri keçirilib
15.05.2026, 07:25
13 may 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Babək rayon Cəhri qəsəbəsində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıqların götürülmə qaydaları və cərimələrlə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşları tərəfindən iştirakçılara “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, tullantıların idarə olunması, qanunsuz ov halları, yer təkindən istifadə, eləcə də yaşıllıqların götürülməsi və bərpası qaydaları barədə ətraflı məlumat verilib.
Tədbirin məqsədi vətəndaşlar arasında ekoloji şüurun artırılması, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və qanunvericiliyin tələblərinə riayət olunmasının təşviq edilməsidir.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️