Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş bitki növlərinin mühafizəsinə həsr olunan maarifləndirici tədbir keçirilib
17.08.2026, 08:49
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şərur rayonunun Şahbulaq kəndində Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş bitki növlərinin mühafizəsinə həsr olunan maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı Ayxan Məmmədov qanunvericiliyin tələbləri, "Qırmızı Kitab"a daxil edilmiş bitkilərin qanunsuz dərilməsi, toplanılması və məhv edilməsinə görə tətbiq olunan inzibati məsuliyyət tədbirləri barədə iştirakçıları məlumatlandırıb.
Daha sonra Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşı Samir Quliyev çıxış edərək "Qırmızı Kitab"a daxil edilmiş bitki növləri, onların yayılma arealları, bioloji xüsusiyyətləri və mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verib, vətəndaşları nadir və nəsli kəsilmək təhlükəsində olan bitkilərin qorunmasına həssas yanaşmağa çağırıb.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanılıb.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️