Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Mühafizə yegərlərinə vəzifə təlimatına əlavələr təqdim edilib
20.08.2026, 11:42
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində mühafizə yegərlərinə vəzifə təlimatına əlavələrin verilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Nazirliyin İnsan resurslarının idarə edilməsi sektorunun müdiri Lamiyə Kazımova “Vəzifə Təlimatına Əlavənin Təsdiq Edilməsi Haqqında” Əmr barədə məlumat verib. Bildirib ki, vəzifə təlimatına edilmiş əlavələr mühafizə yegərlərinin xidməti fəaliyyətinin daha səmərəli təşkili və qarşıya qoyulan vəzifələrin düzgün icrasının təmin edilməsi baxımından əhəmiyyətlidir.
Ətraf mühitin mühafizəsinə nəzarət sektorunun müdiri Mehdi Abdullayev yaşıllıqlara düzgün aqrotexniki qulluq göstərilməsi qaydaları barədə çıxış edib. Çıxış zamanı yaşıllıqların qorunması, onlara mövsümə uyğun qulluq göstərilməsi və aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının böyük elmi işçisi Samir Quliyev isə “Naxçıvanın biomüxtəlifliyi: Qırmızı Kitaba daxil edilmiş növlər” mövzusunda məlumat verib. Naxçıvanın zəngin flora və fauna müxtəlifliyindən, nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin qorunmasının vacibliyindən danışıb.
Tədbirin sonunda vəzifə təlimatına əlavələr mühafizə yegərlərinə təqdim edilib və onların qarşısında duran vəzifələrlə bağlı müvafiq məlumatlar verilib.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️