Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Bulaq haqqında yerləşmə, tərkib, minerallaşma, orqanoleptik xüsusiyyətlər və xəritə məlumatları.
Boyəhməd III və IV mineral bulaqları
Yerləşdiyi ərazi
Boyəhməd III və IV mineral bulaqları Culfa rayonunun Boyəhməd kəndi ərazisində, dəniz səviyyəsindən 1874 metr yüksəklikdə yerləşir
Tərkibi
Aparılmış təhlillərin nəticələrinə əsasən, hər iki bulaq hidrokarbonatlı tərkibə malikdir. Suların tərkibində natrium və kalium (Na⁺+K⁺), kalsium (Ca²⁺), maqnezium (Mg²⁺), xlorid (Cl⁻), sulfat (SO₄²⁻) və hidrokarbonat (HCO₃⁻) ionları müəyyən edilmiş, karbonatın (CO₃²⁻) miqdarı isə hər iki bulaqda 0 olaraq qeydə alınmışdır. Boyəhməd III bulağı minerallaşma baxımından Boyəhməd IV bulağından daha yüksək göstəricilərə malikdir.
Minerallaşma və ümumi codluq
Boyəhməd III mineral bulağında minerallaşma 5419, ümumi codluq 36.25; Boyəhməd IV mineral bulağında isə minerallaşma 1795, ümumi codluq 21.08 təşkil edir. Hər iki bulaqda aparılan analizlər zamanı nitrit (NO₂⁻) və ammonium (NH₄⁺) aşkar edilməmişdir.
Orqanoleptik xüsusiyyətləri
Hər iki bulaq suyu qoxusuz və şəffafdır. Boyəhməd III mineral bulağı duzlu, Boyəhməd IV mineral bulağı isə şirin dada malikdir.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️