Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Nəsib Ağamalı oğlu Ağamalıyev 26.05.1959-cu ildə Kəngərli rayon Qarabağlar kəndində anadan olmuşdur.1966-1976-cı illərdə Qarabağlar kənd tam orta məktəbində təhsil alıb.1976-1981-ci illərdə Azərbaycan Politexnik institutunda ali təhsil almışdır.1981-ci ildə leytenant rütbəsi alaraq Moldova Respublikasının Bendera şəhərində hərbi xidmətə başlayıb.1983-cü ildə baş leytenant, 1986-cı ildə kapitan, 1989-cu ildə mayor hərbi rütbəsini almışdır. 1992-ci ildə Naxçıvana gələn Nəsib Ağayev Ümummilli Lider Heydər Əliyevin məsləhəti ilə öz xidmətini vətənində davam etdirmək qərarına gəlmişdir. 1992-ci ilin iyul ayında Nəsib Ağayev Azərbaycanda hərbi hissə komandirinin müavini kimi xidmətə başlamışdır. Nəsib Ağayev 28 noyabr 1992-ci ildə Sədərəkdə şəhidlik zirvəsinə ucalmışdır. Dəfn mərasimində Ümummilli Lider Heydər Əliyev də iştirak etmişdir. 29 noyabr 1992-ci ildə Qarabağlar kənd Qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️