Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Məhərrəm Abbas oğlu Bağırov 11.05.1994-cü ildə Kəngərli rayon Qarabağlar kəndində anadan olmuşdur.1982-1992-ci illərdə Qarabağlar kənd 2 saylı orta məktəbdə təhsil alıb. 06.07.1993-ci ildə hərbi xidmətə çağrılan Məhərrəm Bağırov könüllü olaraq Qarabağa gedib və orada Murovdağ uğrunda gedən şiddətli döyüşlərə qatılıb. 11.05.1994-cü ildə Murovdağ istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 14.05.1994-cü ildə Qarabağlar kənd qəbiristanlığında dəfn olunmuşdur.