Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Şəhid Cavadov Əli Həsən oğlu 1975-ci il yanvar ayının 17-də Şərur rayon Yengicə kəndində anadan olmuşdur. Əli Cavadov Yengicə kənd məktəbində təhsil almışdır. Məktəb yaşlarında idmanla məşğul olmuşdur. Şəhid Əli Cavadov hərbi xidmətini Goran batolyonunda etmişdir. Hərbi xidmətini tankçı olaraq yerinə yetirmişdir. Əli bir neçə ağır döyüş əməliyyatlarında iştirak etmiş, cəsarəti, qorxmazlığı ilə seçilmişdir. 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində ermənilər ruslarla birlikdə bir neçə istiqamətdə torpaqlarımıza hücum etdilər. Əli Cavadovun batolyonu torpaqlarımızı layiqincə müdafiə etdilər. Döyüşlərdə yaxşı iştirakına görə şəhid Əli Cavadova qızıl saat hədiyyə edilmişdir. 1994-cü il yanvarın 27-də ermənilər Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində hücuma keçdilər. Əli Cavadovun olduğu batolyon da döyüşlərdə iştirak etdilər. Bu döyüş Əli Cavadovun son döyüşü oldu. O həmin tarixdə itkin düşdü. Əlinin itkin düşməsinə döyüş yoldaşları və komandiri inana bilmirdilər. Çünki döyüşdən əvvəl Şəhid 17 yanvar tarixində doğum gününü qeyd etmişdir.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️