Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Cəfərov Cəfər İbrahim oğlu 1985-ci il dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Babək rayon Cəhri kəndində anadan olub. İlk təhsilini kənd məktəbində alan Cəfər 2003-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali məktəbini bitirmişdi. 2009-cu ildə "N" hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlamışdı. Bir qədər sonra motoatıcı bölük komandiri vəzifəsinə təyin olunmuşdu. Hər iki vəzifədə komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirən Cəfər Cəfərov 2010-cu ildə Baş leytenant rütbəsi almışdır. Hərbi xidmətdə olduğu qısa müddət ərzində hissə komandirliyinin, zabit yoldaşlarının, əsgərlərin dərin hörmətini qazanmışdı. Düşmən tapdağında olan torpaqlarımızın geri qaytarılması arzusu ilə yaşayan, 2012-ci il iyul ayının 20-də Tovuz rayonunun Əlibəyli kəndində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına Şəhid olan gənc zabitin Vətənimizin qarşısında xidməti əvəzsiz qalmamışdır. O, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" üçüncü dərəcəli medala layiq görülüb.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️