Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Cəfərov Nəzmi Orucəli oğlu 15 avqust 1974-cü ildə Şərur rayonunun Tənənəm kəndində anadan olmuşdur. 1981-ci ildə Tənənəm kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1991-ci ildə orta məktəbi bitirmişdir.
Nəzmi Cəfərov orta məktəbi bitirdikdən sonra üzümçülük sovxozunda fəhlə işləmişdir.
Çağrış yaşı çatdığı üçün 28 sentyabr 1993-cü ildə milli ordu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. Nəzmi, əvvəlcə Naxçıvan şəhərindəki “N” saylı hərbi hissədə əsgəri xidmətə başlayıb, sonra Cəfərov Nəzmi hərbi kurs təlimini başa vurduqdan sonra 25 aprel 1994-cü ildə dağlıq qarabağ bölgəsinə göndərilir. Ağdam rayonunun aşağı Qəvrənd, yuxarı Qəvrənd, Xındırıstan kəndləri uğurunda, habelə Tərtər istiqamətində gedən ağır döyüşlərdə iştirak edir.
Nəzmi Cəfərov sonralar Tovuz rayonunda xidməti vəzifəsini davam etdirir. Nəzmi, 13 fevral 1995-ci ildə həmin bölgədə xidməti vəzifəsini yerinə yetirərkən qəhramanlıqla şəhidlik zirvəsinə yüksəlmişdir.
Şəhidimiz Cəfərov Nəzminin nəşi Şərur rayon Tənənəm kənd qəbirstanlığında dəfn olunmuşdur.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️