Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Əliyev Fikrət Rüstəm oglu 20 dekabr 1967-ci ildə Həmzəli kəndində anadan olmuşdur.
1975-ci ildə Həmzəli kənd 8 illik məktəbində 1-ci sinifinə daxil olmuşdur. 1983-cü ildə Həmzəli kənd məktəbində 8-ci sinifi bitirmişdir.
1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 1987-1989-cu illərdə Rusiyada xidmət etmişdir. Həmin dövrlərdə erməni quldur dəstəsinin tez-tez hücumları olduğu üçün Fikrət Əliyev könüllü dəstələrə qoşulmuşdur. Şərur rayonun sərhəd kəndlərində yəni Sədərək və Havuş kəndlərində könüllü olaraq keşik tutmuşdur. 1990-cı ilin yay aylarında könüllü olaraq Şərur rayon Polis İdarəsinə polis serjantı olaraq işə qəbul olmuşdur. Həmin illərdə sərhədlərimizi əsasən Polis dəstələrimiz qoruyurdu, erməni daşnaqlarına qarşı Polislərimiz mubarizə aparırdı ki, Fikrət Əliyevdə Polis dəstəsində ermənilərə qarşı çox saylı döyüşlərdə fəal iştirak etmiş qəhramanlıq göstərmişdir. 17 dekabr 1990-cı ildə Havuş kəndində postu təhvil verib qayıdarkən Noxudlu dərəsi deyilən ərazidə Erməni quldur dəstəsinin pususuna düşmüş qeyri bərabər gedən döyüşlərdə Fikrət Əliyev Şəhidlik zirvəsinə ucalmışdır. 08.08.1991 ci ildə Fikrət Əliyev ölümündən sonra “Qəhramanlığa görə Qırmızı Ulduz” medalı ilə təltif etmişdir.
Əliyev Fikrət Rüstəm oglunun nəşi Şərur rayon Həmzəli kənd qəbirstanlığında dəfn olunmuşdur.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️