Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əliyev Məhəmməd Nurəddin oğlu

Əsgər

Kəngərli

Doğum tarixi: 18.07.1973

Məhəmməd Nurəddin oğlu Əliyev 18.07.1973-ci ildə Kəngərli rayonu Xok kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Xok kənd orta məktəbində təhsil alıb. Daha sonra 187 saylı Texniki Peşə məktəbində  çilingərlik peşəsinə yiyələnib. 02.06.1992-ci ildə həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Sədərəkdə Mil dağı uğrunda gedən döyüşlərdə  aktiv iştirak etmişdir. Döyüşlərdə bir neçə dəfə ağır yaralanmışdır. 20 sentyabr 1992-ci ildə Mil dağı ətrafında, döyüş mövqeyində düşmənin atdığı minamyot zərbəsindən ağır yaralanmış və həmin günü də şəhidlik zirvəsinə ucalmışdır. Xok kənd qəbiristanlığında dəfn olunmuşdur