Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Şəhid Əliyev Nəcəf Əli oğlu 1977-ci il noyabrın 7-də Şərur şəhərində anadan olmuşdur. Əliyev Nəcəf, 1984-cü ildə Şərur Şəhər 2 nömrəli tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. Əliyev Nəcəf, məktəbdə oxuduğu müddətdə şagirdlər arasında yaxşı mənada seçilən şagirdlərdən biri oldu. Nəcəf nizam-intizamlı, çalışqan dərslərini yaxşı oxuyan bir şagird idi. Xüsusəndə tarix fənnini çox yaxşı mənimsəyib oxuyurdu. Nəcəf, həm idmanla, həmdə musiqi ilə məşğul olurdu. Nəcəfin güləş üzrə idman dərsləri olurdu və idman yarışlarında birincilik qazanırdı. Musiqidən məşğul olduğu alət saz aləti idi. Nəcəf məktəbdaxili keçirilən tədbirlərdə çaldığı sazla tədbirdə olanları feyziyab edirdi. Onun vətənə və vətən uğrunda canından keçən şəhidlərə böyük sevgisi var idi. 1992-ci il oktyabr 13-də məktəbdən evə gələrkən yolda erməni terrorçularının atdığı top mərmilərinin yaralaması nəticəsində şəhidlik zirvəsinə ucaldı. O, şəhid olduğu zaman 10-cu sinifdə oxuyurdu.
Əliyev Nəcəfin nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️