Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Şəhid Əsədullayev Kamal Fətulla oğlu 29 mart 1974-cü ildə Şərur rayon Alışar kəndində anadan olmuşdur.1981-ci ildə Alışar kənd orta məktəbinin I sinifinə daxil olmuşdur. 1987-ci ildə Şərur rayon Qorçulu kənd məkətbinin VII sinifində təhsilini davam etdirmişdir. 1989-cu ildə isə Qorçulu kənd məktəbini fərqlənmə ilə bitirmişdir. Məktəbi bitirdikdən sonra isə Bakı Dəmiryolu Texnikomuna daxil olmuşdur. Texnikomu da fərqlənmə ilə “Qırmızı diplom” ilə bitirmişdir. 27 iyul 1992-ci ildə həqiqi hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətini Culfa şəhərində yerləşən “N” saylı hərbi hissədə yerinə yetirmişdir. Daha sonra isə 1993-cü ildə hərbi xidmətini davam etdirmək üçün Sədərək rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilmişdir.
27 may 1994-cü ildə Erməni quldurları qəflətən Kamal Əsədullayevin xidmət etdiyi postda hücum etmişlər. Postda olan 5 nəfərlik döyüş yoldaşları ilə son mərmiləri bitənədək döyüşmüşlər. Həmin döyüş Kamal Əsədullayevin son döyüşü olur və şəhidlik zirvəsinə yüksəlir. Şəhid Kamal Əsədullayevin hərbi hissə komandirinin şəhidin ailəsinə göndərdiyi məktubda qeyd edilir: “Sizin övladınız döyüş postunu tərk etməyib, son damla qanınadək döyüşmüş, erməni quldur dəstəsinin 60 nəfərə yaxın canlı qüvvəsini məhv etmişdir”.
Şəhid Əsədullayev Kamal Fətulla oğlunun nəşi Şərur rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️