Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Hacıyev Nizami Davud oğlu

Leytenant

Naxçıvan

Doğum tarixi: 25.05.1973

Hacıyev Nizami Davud oğlu 25 may 1973-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1990-cı ildə Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbi bitirib Saratov hərbi məktəbinə daxil olmuşdur. Lakin ermənilərin torpaqlarımızı işğal etdiyini eşidib təhsilini yarımçıq qoyaraq vətənə qayıdıb. 1994-cü il mayın 9-da Ağdərə-Tərtər döyüş bölgəsində qəhrəmancasına şəhid olmuş, iyun ayının 7-də Naxçıvan şəhərindəki şəhidlər Xiyabanında dəfn edilmişdir.