Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Muxtər Həsən oğlu Həsənov 25.02.1975-ci ildə Kəngərli rayonu Qıvraq Qəsəbəsində anadan olmuşdur. 1982-1990-cı illərdə Qıvraq kənd orta məktəbində təhsil alıb. 1992-1993-cü illərdə Bakıda peşə məktəbində oxuyaraq Elektrik qaz qaynaqçısı peşəsinə yiyələnib.1993-cü ildə həqiqi hərbi xidmətə çağrılıb. Sədərək döyüşləri zamanı “Mil dağı” uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qıvraq qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.