Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Hümbətov Həsən Mahir oğlu

əsgər

Şərur

Doğum tarixi: 09.02.1975

Hümbətov   Həsən    Mahir   oğlu   9   fevral   1975-ci  ildə   Naxçıvan  Muxtar   Respublikasının  Şərur   rayonun   Maxta  kəndində   anadan  olmuşdur. 1981-ci  ildə  Maxta   kənd  tam  orta  məktəbinin  1–ci sinifinə   daxil  olmuş, 1992-ci  ildə   həmin  məktəbin   11-ci  sinifini  bitirmişdir. 

1993-cü  ilin  oktyabr   ayının   1-də  könüllü  olaraq  ordu  sıralarına  qoşulmuşdur. İlk  karantin   müddətini  “N”  saylı  hərbi  hissədə  başa  vurmuşdur.  Bu  vaxt ərzində   Qarabağda  qızğın  döyüşlər   getdiyindən   hərbi  hissə  Ağdam  rayonuna   köçürülüb.  1994-cü  il  27-si  aprel  tarixində  Ağdam  rayonunun  Aşağı  Qərvənd   kəndi  uğrunda  gedən   şiddətli   döyüşlərdə   şəhidlik   zirvəsinə   ucalmışdır.

Hümbətov   Həsən    Mahir   oğlu nun nəşi 30  aprel    1994-cu  ildə  Şərur  şəhər   Şəhidlər   Xiyabanında   dəfn   edilmişdir.