Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Mehdiyev Bəşir Yusif oğlu 1977-ci il iyun ayının 9-da Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə Naxçıvan şəhərindəki 39 nömrəli (indiki 15 nömrəli) orta məktəbi bitirmişdir. 2000-ci ildə Naxçıvan Dövlət Universitetini bitirmişdir. 2001-ci ildə Naxçıvan şəhər Hərbi Komissarlığından Ağdam döyüş bölgəsinə xidmətə göndərilmişdir. Xidməti borcunu yerinə yetirərkən 2001-ci il iyun ayının 17-də şəhidlik zirvəsinə ucalmışdır. Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.