Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Şəhid Məmməd Məmmədov Əli oğlu 1949-cu ildə 1 maydaŞərur rayonunun Danzik (Danyeri) kəndində anadan olub. 1956-cı ildə həmin kənddə orta məktəbin birinci sinfinə daxil olmuş, 1966-cı ildə 10–cu sinfini bitirmişdir. 1969-1971-ci illərdə hərbi xidmətdə olmuşdur.
Uzun illər Şərur rayon 6 nömrəli mexanikləşdirilmiş səyyar dəstəsində sürücü işləyib. 20 Yanvar faciəsi ərəfəsində düşmənlər Naxçıvan Muxtar Respublikasını işğal planlarını həyata keçirməyə cəhd göstərirdi. 1989-cu il dekabrın 14-də ermənilər tərəfindən gülcü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı. O vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdilər. Həmin gün Sədərək ilk dəfə top atəşinə tutuldu.
Yanvarın 19-u axşam saat təxminən altı radələrində qərargah raketlərlə atəşə tutulur. 25-dən artıq adam yaralanır. Bir neçə nəfər Şəhid olur. Onların, içində Məmməd Məmmədov da varidi. Xəstəxanaya aparılarkən yolda Şəhidlik zirvəsinə ucalıb.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️