Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Şəhid Məmmədov Məmməd Mirzalı oğlu 1960-cı il fevral ayının 3-də Naxçıvan Muxtar Respublikasının Şərur rayon Qorçulu kəndində anadan olmuşdur. 1977-ci ildə Muğanlı kənd orta məktəbini bitirib. Məmməd hüquqşünas olmaq istəyirdi. Şəhid Məmməd Məmmədov 1979–1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-ci il hərbi xidməti başa vurduqdan sonra Bakı Kooperativ Texnikomuna daxil olmuşdur. 1983-cü ildə Texnikomu bitirdikdən sonra Bakı poladəritmə zavodunda fəhlə olaraq işləməyə başlamışdır. Nəhayət şəhid Məmməd Məmımədov 1986-cı ildə arzusuna çatır, ADU-nin Hüquq fakültəsinə daxil olur. 1991-ci ildə Ali təhsilini başa vurur. Vətənin dar günündə Məmməd də qeyrətli vətən oğulları kimi ordu sıralarına qoşulur. 1993-cü ilin noyabr ayında Milli ordu sıralarında xidmətə başlayır. Şəhid Məmməd Məmmədov Füzuli rayonu ətrafında gedən qızğın döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin dekabr ayında ailəsinə baş çəkmək üçün gələndə o demişdir: “qəm yeməyin tezliklə ermənilərə layiqli dərs verəciyik, qələbə bizim olacaq” təəssüf ki, bu gediş şəhid Məmməd Məmmədovun son gedişi oldu. 1994-cü ilin yanvar ayının 13-də düşmənin qəfil hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalır.
Şəhid Məmmədov Məmməd Mirzalı oğlunun nəşi Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️