Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Şəhid Məmmədov Səttar Əli oğlu 1 yanvar 1957-ci ildə Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuşdur. 1966-cı ildə Cəlilkənd orta məktəbinin I sinifinə daxil olmuşdur. 1976-cı ildə həmin məktəbi X sinifini bitirmişdir. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Tikinti İnstitutuna qəbul olmuşdur. Öz istəyi ilə Füzuli rayonunda “N” saylı hərbi hissədə baş-gizir kimi xidmət etməyə başlayıb. Füzuli bölgəsində “N” saylı hərbi hissənin kəşfiyyat bölüyünün tağım komandiri olmuşdur. Hərbi xidmətinin bitməsinə bir ay qalmış, 10 may 1996-cı ildə Füzulidə qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Məmmədov Səttar Əli oğlunun nəşi Şərur şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.