Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Surədin Oruc oğlu Məmmədov 05.05.1973-cü ildə Kəngərli r Böyükdüz kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Böyükdüz kənd orta məktəbində təhsil alıb.
1991-1992-ci illərdə sovet ordu sıralarında, Estoniyanın talin şəhərində həqiqi hərbi xidmət keçib.
Sovetlər birliyi dağıldıqdan sonra milli orduya qayıdaraq xidmətini davam etdirmişdir.
1992-ci il may ayının əvvəllərində Qaraburun və Mil dağı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir.
1992-ci il 16 iyulda Mil dağı yüksəkliyi uğrunda gedən şiddətli döyüşlər zamanı snayper atəşiylə şəhid olmuşdur. Böyükdüz kənd Qəbiristanlığında dəfn olunmuşdur.