Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Məmmədov Toğrul Səyyad oğlu 1988-ci ilin iyulun 26-da Naxçıvan MR Babək rayonun Şıxmahmud kəndində Müəllim ailəsində anadan olub. O,1994 – 2002-ci illərdə Şıxmahmud kənd orta məktəbində, 2002 – 2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. 2005-2009-cu illərdə isə Heydər Əliyev adına AAHM-də təhsil almışdır. 2009-cu ildə leytenant hərbi rütbəsi alaraq, TTM-də təkmilləşdirmə kursu keçmişdir. Toğrul Məmmədov 2010-cu ildə təhsilini başa vurduqdan sonra müxtəlif döyüş bölgələrində xidmət etmiş, qısa zamanda tağım komandiri vəzifəsindən xidmət komandiri vəzifəsinə kimi yüksəlmişdir. 2014-cu il 27 iyul-8 avqust tarixlərində ermənilərin Ağdamda atəşkəsi pozması nəticəsində baş vermiş döyüşlərdə Toğrul Məmmədov düşmən hücumların qarşısının alınmasında xüsusi xidmətləri olmuşdur. 2016-cı ilin aprelində torpaqlarımızın bütövlüyü uğrunda cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə düşmənə ağır itki verməsinə nail olmuş, xüsusi qəhrəmanlıq və şücaət göstərmişdir. 2016-cı ilin iyulun 14-də döyüş tapşırığını yerinə yetirərkən düşmən təxribatin qarşısın alarkən şəhid olmuşdur. Şərəfli döyüş yolu keçmiş zabitimiz daim düşmənə qan uddurmuşdur və dəfələrlə düşmən arxasına keçərək əməliyyatlarda olub, xüsusi döyüş tapşırıqlarını yerinə yetirib. Düşmənin çox sayda canlı qüvvəsinin və obyektlərinin məhv edilməsində iştirak edib.
Qorxmazlığı və igidliyinə görə döyüş yoldaşları Toğrula “Şir ürəkli Toğrul” deyirdilər.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️